Son Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma

Yel çərşənbəsində 22 mindən çox ağac əkilib

11 mar 2025, 16:03
Yel çərşənbəsində 22 mindən çox ağac əkilib

Novruz bayramının üçüncü çərşənbəsi olan Yel çərşənbəsində ölkə ərazisinin meşə fondu torpaqlarında 22 740 ədəd müxtəlif növ ağac tingi əkilib, 200 kiloqrama yaxın toxum səpilib. 

Liderxeber.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, bu gün meşəbərpa tədbirləri Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Şabran, Xaçmaz, Göygöl, Masallı, Yevlax, Sabirabad, Ağcabədi, Tovuz, Qax, Şəki, Zaqatala, Oğuz rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində  keçirilib və hər bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkilib.