Son Xəbərlər
Bakının Nərimanov rayonunun Təbriz küçəsində nəqliyyat infrastrukturu ilə
Azərbaycanda məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil
İyul ayına olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən
“Moskva və Bakı Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bu həftə Dohada
“Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında
Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci
İyulun 1-dən Bakı metropoliteninin Bənövşəyi xəttində yay qrafikinin tətbiqinə
İyunun 29-da səhər saatlarında Rusiya ordusu Dnepr şəhərinə zərbələr endirib.
"Bu il İranın İsrailə qarşı kiberhücumlarının sayı kəskin artıb".

Azərbaycanın “Avroviziya”dakı çıxış nömrəsi açıqlandı

03 apr 2026, 09:07
Azərbaycanın “Avroviziya”dakı çıxış nömrəsi açıqlandı

Avropa Yayım İttifaqı (EBU) Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Avroviziya-2026” mahnı müsabiqəsinin yarımfinalları üzrə çıxış ardıcıllığını elan edib.

Liderxeber.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, mayın 12-də baş tutacaq birinci yarımfinalda səhnəyə ilk olaraq Moldova nümayəndəsi çıxacaq, şounun bağlanışını isə Serbiya təmsilçisi edəcək.

Mayın 14-də keçiriləcək ikinci yarımfinalın açılışını Bolqarıstan, sonuncu çıxışını isə Norveç edəcək. Azərbaycan təmsilçisi JIVA bu yarımfinalda “Just Go” mahnısı ilə ikinci sırada səhnəyə çıxacaq.

Qeyd edək ki, yubiley xarakterli 70-ci “Avroviziya” mahnı müsabiqəsinin final mərhələsi mayın 16-da keçiriləcək.