Son Xəbərlər
Azərbaycan və Ermənistan arasında yanvarın 16-da sərhəddə Azərbaycan Baş
Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniyanın birgə həyata keçirdiyi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla gürcüstanlı həmkarı Maka
Qazaxıstanın Kurık limanında illik 1,5 milyon ton taxıl emalı gücünə malik
Rusiyalı jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarına Ermənistanın
Aktrisa Çimnaz Sultanovanın ölüm səbəbi məlum olub. Liderxeber.az-ın sorğusuna
Rafael Ağayev Azərbaycan Karate Federasiyasının vitse-prezidenti postundan
Azərbaycan dünyanın aparıcı aktivlərin idarə edilməsi şirkətlərindən biri olan
Prezident İlham Əliyev "Rəqəmsal İnkişaf Konsepsiyası”nı təsdiq edib.
Azərbaycanda dövlət idarəetməsi rəqəmsal texnologiyalara əsaslanan daha çevik,
banner

“Azərbaycan məktəbi” jurnalının 100 illiyi qeyd olunacaq

05 dek 2024, 16:43
“Azərbaycan məktəbi” jurnalının 100 illiyi qeyd olunacaq

Dekabrın 10-da Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi münasibətilə tədbir keçiriləcək. 

Liderxeber.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə nazirliyin rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, təhsil işçiləri və digər qonaqların iştirakı nəzərdə tutulur. 

Tədbirin təşkilində məqsəd artıq 100-cü ildir ki nəşr edilən jurnalın təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında əhəmiyyətli və tarixi roluna diqqət çəkməkdir. 

Qeyd edək ki, Azərbaycan və dünya təhsilinin qabaqcıl tendensiyalarını izləyən jurnal genişmiqyaslı islahatların nəticələrinin elmi mahiyyətini, beynəlxalq təcrübənin tətbiqi imkanlarını işıqlandıran zəngin tədqiqat faktlarını əhatə edir. Bəkir Çobanzadə, Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Mirzə İbrahimov, Mehdi Mehdizadə, Əbdül Əlizadə və Azərbaycanın elmi-ictimai fikrinin digər tanınmış simaları vaxtilə jurnalla sıx əməkdaşlıq əlaqələri qurub, özlərinin elmi fikirlərini, pedaqoji təcrübələrini məhz bu jurnal vasitəsilə oxuculara çatdırıblar. 

Hazırda bir sıra indikatorlara əsasən müxtəlif indekslərə sahib olan jurnal daha çox istinad mənbəyinə çevrilmək yolunda irəliləyir və tədqiqatçıların müasir yanaşmalarının yayılmasında xüsusi rol oynayır.