Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Neftçalada Zəfər Günü təntənəli şəkildə qeyd olunub

08 noy 2024, 20:56
Neftçalada Zəfər Günü təntənəli şəkildə qeyd olunub

"8 Noyabr Zəfər Günü" ilə əlaqədar tərtib olunan Tədbirlər Planına əsasən "Zəfər Günü" ərəfəsində 1-8 noyabr tarixlərində Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə rayonda silsilə tədbirlər təşkil olunub.

 Tədbirlər Planı çərçivəsində “8 Noyabr-Zəfər Günü”nə həsr olunan “Zəfər Kuboku” mini futbol turniri, “Nə? Harada? Nə zaman?” intellektual oyunu formatında bilik müsabiqəsi, hərbi-təlim mərhələlərindən ibarət "Döyüş Hərəkətlərini Öyrənirik” adlı hərbi vətənpərvərlik mövzusunda tədbir, “Qəhrəmanlığa Yazılan Tarix” adlı rəsmi və bədii hissədən ibarət tədbir, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri arasında futbol idman növü üzrə rayon birinciliyi keçirilib.

Keçirilən silsilə tədbirlərin yekunu olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr- Zəfər Gününə həsr olunmuş "Zəfərin mübarək, Vətən!" adlı bədii-kütləvi tədbir təşkil olunub. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Yeni Azərbaycan Partıyası Neftçala rayon təşkilatının, Rayon Ağsaqqlar Şurasının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, veteranlar və rayon sakinləri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə tədbir açıq elan olunub. 

Böyük coşqu ilə keçirilən bayram konsertində Respublikanın Əməkdar artistləri Səidə Şərifəliyevanın, Cahangir Qurbanovun, tanınmış və sevilən incəsənət ustaları Vəfa Şərifovanın, Nurlan Ordubadlının, Fərahim Sadiqin, Murad Kəngərlinin, Mahmud Mahmudovun, Dürdanə Ələkbərovanın, Süleyman Ruqiyevin ifasında vətənpərvərlik mövzularında rəngarəng mahnılar səsləndirilib. 

Sakinlərin böyük marağına səbəb olan və onlara yüksək əhval-ruhiyyə bəxş edən musiqili konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.