Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Füzuli teatrında M.F.Axundzadənin "Kavakib" tamaşasının ictimai baxışı olub

29 okt 2024, 10:39
Füzuli teatrında M.F.Axundzadənin "Kavakib" tamaşasının ictimai baxışı olub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Öyrədərək öyrənirəm" layihəsi çərçivəsində Akademik Rus Dram Teatrının rejissoru, aktyoru Abdulla Elşadlı Füzuli teatrında ustad dərsləri keçib və quruluş verdiyi M.F.Axundzadənin "Kavakib" tamaşasının ictimai baxışı olub.

İctimai baxışda Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri - maddi mədəni irs şöbəsinin əməkdaşı Günay Hümbətova iştirak edib. 

Tamaşada əsas rolları Emin Abışov, Asif Şirinov, Qorxmaz Qarayev, Sevinc Məmmədova, Əli Hüseynov, Elçin Məmmədov, Zamin Quliyev, Vüsal Həsənov, Qəlbinur Əhmədli, Vüqar İsmayılov və b. ifa edib. Tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Şəms Kazımzadədir.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2021-ci ildən həyata keçirilən “Öyrədərək öyrənirəm” ustad dərsləri layihəsi davam edir. Ötən dövrdə layihə çərçivəsində tanınmış incəsənət xadimlərinin iştirakı ilə çoxsaylı ustad dərsləri təşkil olunub.

Tədbirdə “Öyrədərək öyrənirəm” layihəsinin məqsəd və ideyası barədə məlumat verilib, eyni zamanda bu kimi aksiyaların teatr prosesinə inteqrasiya üçün əhəmiyyətli olduğu bildirilib. Bununla yanaşı, layihənin əhəmiyyəti vurğulanıb, təlim və tamaşanın hazırlanma prosesindən bəhs edilib.