Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Azərbaycanda ilk dəfə Şuşa Dövlət Peşə Təhsil Mərkəzində üç yeni ixtisas tədris olunacaq

29 iyl 2024, 12:06
Azərbaycanda ilk dəfə Şuşa Dövlət Peşə Təhsil Mərkəzində üç yeni ixtisas tədris olunacaq

Azərbaycanda ilk dəfə Şuşa Dövlət Peşə Təhsil Mərkəzində üç yeni ixtisas tədris olunacaq.

Liderxeber.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, həmin ixtisaslara daş memarlıq abidələrinin bərpaçısı, bədii tikmə ustası, musiqi alətlərinin ustası aiddir: "Proqramların hazırlanması istiqamətində işlər görülür".

C.Kərəmov vurğulayıb ki, Şuşa Peşə Təhsil Mərkəzi 400 tələbə tutumuna malik olacaq: "Eyni zamanda 12 emalatxanası olacaq mərkəzin 86 yerlik yataqxanası nəzərdə tutulub. Hesab edirik ki, 2026-cı ildən həmin mərkəzə tələbə qəbuluna başlanılacaq".

O həmçinin hazırda Qubadlı, Zəngilan, Ağdam və Şuşada peşə mərkəzləri ilə bağlı layihələndirmə işlərinin getdiyini söyləyib.