Son Xəbərlər
Biz Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük
Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini -
Naxçıvanda "N" saylı hərbi hissənin komandiri, polkovnik Samir
Hebey Universitetinin (Çin) alimlərindən ibarət elmi qrup kəpəyə səbəb olan
Rusiya və İran Prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında görüş
Yaşlandıqca bədəndəki dəyişikliklər, məsələn, duruşun pisləşməsi, əzələ gücü
Bu gün intihar edərək həyatını itirən hərbçimizin fotoları yayılıb.
banner

"CineMastercard"da uşaq bayramı keçirilib - VİDEO

15 iyl 2024, 10:52
"CineMastercard"da uşaq bayramı keçirilib - VİDEO

"Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında “Yaramaz Mən 4” cizgi filminin nümayişi ilə uşaq bayramı keçirilib.

Liderxeber.az xəbər verir ki, tədbirə Qarabağ müharibəsi əlillərinin uşaqları, kimsəsiz uşaqlar və leykoz xəstələri dəvət olunub.

CineMastercard komandası maraqlı əyləncə proqramı hazırlayıb. Kloun Aquşa və böyük Minyon kuklası gənc qonaqlara unudulmaz sevinc bəxş edərək onlara parlaq və yadda qalan emosiyalar yaşatdılar. Uşaqlar üçün müxtəlif oyunlar və müsabiqələr təşkil olundu. Xüsusi təchiz olunmuş foto zona, kloun və sevimli cizgi filmin qəhrəmanı ilə xatirə şəkilləri çəkməyə imkan verdi.

Bundan əlavə, uşaqlara popkorn və təravətləndirici içkilər kimi dadlı təamlar təqdim edildi. Bayram ab-havası, musiqi və şən animatorlar uşaqları sevindirdi.

Əyləncə proqramından sonra proqramdan gənc tamaşaçılar Illumination və Universal Pictures studiyaları tərəfindən çəkilən Amerika istehsalı olan “Yaramaz Mən 4” animasiya komediyasını izlədilər. Filmin rejissoru Kris Reno, səsləndirənlər isə Stiv Karell, Kristen Uiq, Pyer Koffen, Miranda Kosqrouv və Stiv Kuqan idi.

Cizgi filminin süjeti keçmiş supercani Qryunun və ailəsinin - həyat yoldaşı Lusi və üç övladlığa götürülmüş qızı: Marqo, Edit və Aqnes-in hekayəsinin davamıdır. Yaramazlıqdan əl çəkərək, Qryu Anti-Villain Liqasının sadiq agentinə çevrildi və yeni rolunda onu yeni macəralar və yeni rəqiblər (onların arasında hətta öz əkiz qardaşı da ola bilər) gözləyir.

“Yaramaz Mən 4” cizgi filmini “CineMastercard” kinoteatrlar şəbəkəsində rus, ingilis və türk dillərində, həmçinin ən son texnologiyalardan olan 4DX və ScreenX ilə izləmək olar.