Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Füzuli Dövlət Dram Teatrı XXXIV mövsümə yekun vurub

13 iyl 2024, 11:25
Füzuli Dövlət Dram Teatrı XXXIV mövsümə yekun vurub

Füzuli Dövlət Dram Teatrı XXXIV mövsümə Vüqar Haqverdiyevin "Qarınqulu ayı balası" tamaşası ilə yekun vurub.

Tamaşanın quruluşu rejissoru Emin Abışov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Vüqar İsmayılovdur. Tamaşada rolları Vüqar Babayev, Sahilə Abbasova, Emin Abışov, Gülnar Quliyeva, Sevinc Məmmədova, Vüqar İsmayılov, Şəbnəm Baxışova və başqaları ifa edib.

Tamaşadan əvvəl mövsüm bağlanışı ilə əlaqədar yekun iclas keçirilib. İclası teatrın direktoru Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev açaraq bütün kollektivi növbəti mövsüm bağlanışı münasibətilə təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.

Qeyd olunub ki, teatrda bu il Mədəniyyət Nazirliyinin təsdiq etdiyi repertuar planına uyğun olaraq Vüqar Haqverdiyevin "Qarınqulu ayı balası", Firuz Mustafanın "Adsız", repertuardan kənar Sevinc Elsevərin "Həyat elə bir oyun ki ..." tamaşaları hazırlanıb və ictimaiyyətə təqdim olunub. Bununla yanaşı, Yeni il və Novruz bayramı ilə əlaqədar şou-proqramlar, Xocalı soyqırımına həsr olunmuş "Şəhid şəhər Xocalı”, 20 Yanvar faciəsinin il dönümü ilə əlaqədar "Azadlıq carçıları" və bir çox poetik xalq tamaşaları rayon ictimaiyyətinə təqdim olunub.

Eyni zamanda teatrın baş rejissoru, Əməkdar artist Asif Şirinov, baş rəssam Ellinaz Balaşova teatrdakı xidmətlərinə görə Fəxri Fərmanla təltif olunub, quruluşçu rejissor Nicat Mirzəzadə prezident mükafatına layiq görülüb.

Hər il olduğu kimi bu ildə teatr mütəmadi olaraq rayonun kənd və qəsəbələrində, hərbi hissələrdə olub, müxtəlif janrlı tamaşalar və konsert proqramları ilə çıxış edib.

Teatrın hərbi hissədəki bu xidmətləri yüksək qiymətləndirilib, Fəxri Fərman və diplomlarla təltif olunub. 

Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrı yeni mövsümü F.Mustafanın "Adsız" tamaşası ilə açacaq.