Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

“Aktyor teatrdan çıxandan sonra məhv olur, səhnədə dünyadan getməlidir” - Vaqif Vəliyev

08 iyl 2024, 00:40
“Aktyor teatrdan çıxandan sonra məhv olur, səhnədə dünyadan getməlidir” - Vaqif Vəliyev

“Aktyor səhnə üçün doğulub, səhnədə də dünyadan getməlidir. Əslinə qalsa, yaşlı aktyorların daha çox təcrübəsi olur, onlar da gənclərə dayaq olmalıdırlar. Gənclər də yaşlı, peşəkar aktyorların bir böyük, ağsaqqal kimi qeydinə qalmalıdırlar. Onlardan çox şey öyrənməlidirlər. Teatr sahəsində, incəsənətdə yaş məhdudiyyəti olmamalıdır”.

Bunu Moderator.az-a açıqlamasında Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət İşçisi Vaqif Vəliyev deyib.

O daha sonra əlavə edib:

“İllərin təcrübəsi və titulu imkan verir ki, mən bu sözləri deyim ki, burada çox zaman şəxsi münasibətlər qabardılır. Bəlkə də teatr direktorunun hansısa bir aktyorla münasibəti yoxdursa və s. buna görə də o bu addımı atıb, həmin aktyoru teatrdakı işindən çıxarır. Aktyorun məqsədi, məramı səhnədə olub, rolu oynamaq, tamaşaçıların qarşısına biri-birindən maraqlı obrazlarla çıxmaqdır. Budur, tamaşaçının alqışıdır aktyoru yaşadan. Teatr aktyoru, təbii ki, bir az da yaşlı aktyor teatrdan ayrıldıqdan sonra istər-istəməz həyatı ilə vidalaşır. Fikirləşir ki, mən heç kimə lazım deyiləm. Yaradıcı adamın da fikirləri bir az daha dərin olur. Bu da onun məhvinə gətirib çıxarır. Nə qədər ki, aktyor sözü, obrazı tamaşaçıya çatdıra bilirsə, o qalıb teatrda işəməlidir. Rəhmətlik Ağasadıq Gəraybəylinin neçə yaşı var idi, görün Knyaz rolunu necə gözəl yaradırdı”.

Qeyd edək ki, bir neçə öncə deputatlar və sənətkarlar saytımıza açıqlamasında teatrlarda yaş senzinin ləğv olunmasını tələb etmişdilər.