Son Xəbərlər
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş

Xalq artisti: "Yolunu azanlara məsləhət verdim"

24 fev 2026, 14:48
Xalq artisti: "Yolunu azanlara məsləhət verdim"

"Azərbaycan xalqı çox gözəl xalqdır. Məni çox istədiklərinə görə onlara təşəkkür edirəm. 50 ildir ki, sənətimlə xidmət edirəm.

Bu illər ərzində çox şükür olsun Allaha ki, mənə qarşı sevgi artdı ki, azalmadı. Xalqımız sənətkarlarına dəyər verir. Mən düşünürəm ki, sən öz işini, sənətini, şəxsiyyətini sevəndə, qiymət verəndə xalq da səni sevir və dəyər verir".

Liderxeber.az xəbər verir ki, bunu Xalq artisti, professor, "Şöhrət" ordenli Səkinə İsmayılova deyib.

70 illik yubileyini qeyd edən sənətkar efirlərə nadir hallarda çıxdığını bildirib:

"İllərdir ki, mən efirlərə getmirəm. Dəvət edirlər, çox deyirlər, israr edirlər, ürəklərini qırmamaq üçün deyirəm ki, "İnşallah ad günümdə". Fevral ayının əvvəlindən axırına qədər mənim doğum günüm qeyd olunur. Dəyər verdiyim, istədiyim, qabiliyyətinə bələd olduğum aparıcıların verilişlərinə gedirəm. Bu il də fevral ayının əvvəlindən efirdə doğum günümü qeyd etməyə başlayıblar".

Xanım xanəndə sənəti hər zaman qoruduğunu bildirib:

"Allaha çox şükür ki, sənətlə bağlı elə bir arzum yoxdur. Həmişə sənətin düzgün istiqamətdə inkişaf etməsinə, Azərbaycan muğamının klassik ifa üslubunu qoruyaraq ona xidmət etmişəm. Zaman-zaman kimlərsə yolunu azanda onlara məsləhət verdim, onları bu yoldan çıxmamağa çağırdım. Çünki klassiklərdən, böyük sənətkarlardan bizə gələn muğamı zədələməyə ixtiyarımız yoxdur. Biz onu olduğu kimi də gələcək nəsillərə çatdırmağa çalışmalıyıq. Mən muğamı düzgün istiqamətdə təbliğ etdiyim üçün, hər zaman fərəh hissi keçirmişəm. Bu gün də sənətə xidmət edirəm. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində dərs deyirəm, tələbələr yetişdirirəm. Bu da əlbəttə ki, məni sevindirir. Muğamımızın gələcəyi bizim gənclərin əlindədir".