Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

Nazirlikdə bir sıra xidmətlər elektron formata keçirildi

24 noy 2025, 17:15
Nazirlikdə bir sıra xidmətlər elektron formata keçirildi

Mədəniyyət Nazirliyi mədəni irsin qorunması sahəsində bir sıra xidmətləri elektron formata keçirilib və müraciətlər artıq Mədəniyyət Nazirliyinin “MyCulture” vahid şəxsi kabineti üzərindən qəbul olunur.

Liderxeber.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, proseslərin sadələşdirilməsi, operativliyin artırılması və rəqəmsal həllər tətbiq etməklə istifadəçilərin məmnunluq səviyyəsinin yüksəldilməsi baxımından xidmətlərin elektronlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Qoruqlarda və abidələrin mühafizə zonalarında tikinti və abadlıq işlərinin aparılmasına razılığın verilməsi, inşaat və digər təsərrüfat işləri görülərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, onların yerləşdiyi ərazidə inşaat və digər təsərrüfat işlərinin aparılmasına icazənin verilməsi, daşınmaz tarix və mədəniyyət abidələrinin alqı-satqısına razılığın verilməsi, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə aid yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və ya qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə razılığın verilməsi, xüsusi mülkiyyətdə olan daşınmaz tarix və mədəniyyət abidələrinin və onlara aid yaşayış və qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə razılığın verilməsi, daşınmaz tarix və mədəniyyət abidələri və ya onların ayrı-ayrı hissələrinin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlərin görülməsi üçün müvafiq layihələrə razılığın verilməsi üzrə müraciətlər “MyCulture” şəxsi kabineti üzərindən elektron təqdim olunur. 

İstifadəçilər şəxsi kabinetinə daxil olaraq şəxsi hesab yarada, bir pəncərə prinsipi əsasında mədəniyyət sahəsində xidmətlərdən istifadə edə, müraciət və təkliflər göndərə, elanlarla tanış ola, müraciətlərin statusunu izləyə bilər.

Elektronlaşdırılan xidmətlərdən biri də “Daşınmaz tarix və mədəniyyət abidələrinin alqı-satqısına razılığın verilməsi” xidmətidir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, xüsusi mülkiyyətdə olan abidələr satılarkən mülkiyyətçi bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məlumat verməlidir. 

Qeyd olunan xidmətin timsalında dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin mülki dövriyyəsi (alqı-satqı, bağışlama) ilə əlaqədar proseslərin rəqəmsal mühitə daşınması ilə operativliyin təmin edilməsi, prosesin elektron formada izlənməsi, vaxt itkisinin qarşısının alınması və istifadəçilərin məmnunluq səviyyəsinin yüksəldilməsi təmin ediləcəkdir.