Son Xəbərlər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə

Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev süni nəfəs aparatına qoşulub

30 sen 2025, 14:47
Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev süni nəfəs aparatına qoşulub

Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev səhhəti kəskin ağırlaşıb. 

Bu barədə onun oğlu, jurnalist Səbuhi Vaqifoğlu məlumat verib.

O bildirib ki, atası gecə saatlarında komaya düşüb. Hazırda Bakıda klinikaların birində süni nəfəs aparatına qoşulub. 

Vaqif Vəliyevin komandan ayılması üçün həkimlər tərəfindən müalicə tədbirləri davam etdirilir. 

Qeyd edək ki, 1958-ci il noyabrın 21-də Füzuli rayonun Füzuli şəhərində sənətkar ailəsində anadan olub. 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əlyevin 2013-cü il 25 iyun 2967 nömrəli sərəncamı ilə Vəliyev Vaqif Zülfü oğluna "Əməkdar Mədəniyyət işçisi” fəxri adı verilmişdir.

Vaqif Vəliyev mütəmadi olaraq cəbhə bölgəsində kollektivlə birlikdə etdiyi çıxışlarına görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailəlləri İctimai Birliyinin (QMEVSAIB) İdarə Heyətinin təsis etdiyi "Fədai" Medalı ilə də təltif olunub.Medal Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı "N” saylı hərbi hissədə təşkil olunan tədbirdə Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani tərəfindən təqdim olunmuşdur. Hərbi hissə də teatrın davamlı çıxışlarına görə digər bir təltif Horadizə şəhər statusunun verilməsi ilə əlaqədar keçirilən bayram tədbirində Vaqif Vəliyev Müdafiə Naziri Zakir Həsənovun xüsusi diploma ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin 14 avqust 2019-cu il tarixli 51 N-li əmri ilə Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.