Son Xəbərlər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə

“Məktəblilərarası Milli Hakaton”un seçim mərhələsi başladı

22 apr 2025, 10:59
“Məktəblilərarası Milli Hakaton”un seçim mərhələsi başladı

Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin seçim mərhələsi başlayıb. 

Liderxeber.az xəbər verir ki, 22-25 aprel tarixlərində keçiriləcək seçim turunda olimpiadanın qeydiyyat və ilkin mərhələsindən uğurla keçən 15 mindən artıq şagird iştirak edəcək. İştirakçılar mərkəzləşdirilmiş qaydada təşkil olunmuş imtahanda bilik və bacarıqlarını nümayiş etdirəcəklər.  

İmtahan Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər də daxil olmaqla ümumilikdə 72 mərkəz, 48 şəhəri əhatə edəcək və şagirdlərə 21 tapşırıq üçün 2 saat 30 dəqiqə vaxt veriləcək.

Seçim mərhələsində iştirak edəcək şagirdlər imtahan mərkəzlərinin tam siyahısı və əlavə məlumatları codehour.edu.az saytından əldə edə bilərlər. 

Qeyd edək ki, ilkin qeydiyyat mərhələsində respublika üzrə 5-11-ci sinif şagirdləri iştirak edib. Qeydiyyat mərhələsində verilən tapşırıqları uğurla yerinə yetirən iştirakçılar I mərhələyə vəsiqə qazanıblar.

Dörd mərhələ və finaldan ibarət olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər. III və IV mərhələlər 5 müxtəlif regionda təşkil ediləcək. Bu mərhələlərdə iştirakçılar üçün onların bilik və bacarıqlarının inkişafına töhfə verəcək maarifləndirici sessiya və seminarlar təşkil ediləcək. 

Müsabiqənin final mərhələsində isə 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.