Son Xəbərlər
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı
“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair

Füzuli teatrı "Həyat elə bir oyun ki ..." mono tamaşasını təhsil işçilərinə nümayiş etdirib

12 apr 2025, 16:31
Füzuli teatrı "Həyat elə bir oyun ki ..." mono tamaşasını təhsil işçilərinə nümayiş etdirib

Füzuli Dövlət Dram Teatrında Nicat Mirzənin quruluşunda Sevinc Elsevərin "Həyat elə bir oyun ki ..." mono tamaşası Füzuli rayon təhsil işçilərinə nümayiş olunub.

Liderxeber.az xəbər verir ki, Sevinc Elsevərin qələmə aldığı "Həyat elə bir oyun ki" əsəri sual dolu oyundan bəhs edir. Rejissorun yozumu ilə bu oyun fərqli çalarlara yol açır. Tamaşa bəxti gətirməyən bir qadından, aktrisadan bəhs edir. Eyni zamanda o aktrisa həyatda əzilmiş qadındır. Bu onun öz həyatıdırmı? Bəlkə də hə, bəlkə də yox. Özü demişkən, bizim bu yerlərin qadınlarının əksəriyyətinin taleyi belədir...

Tamaşada qadın obrazını teatrın ali dərəcəli aktrisası İntizar Quliyeva canlandırıb.

Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.

Tamaşa alqışlarla bitib və xatirə şəkli çəkdirilib.