Son Xəbərlər
Dörd ay əvvələ kimi TƏBİB-in tabeliyində olan Sabirabad Rayonu Mərkəzi
Azərbaycan Milli Qvardiyasının ilk komandanı, ehtiyatda olan polkovnik Azər
Bu gün “BonAqua” brendi ilə "Qarabağ" Futbol Klubu arasında rəsmi
İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə təhsil Mərkəzinə yeni direktor
Dünyanın müxtəlif ölkələrində insanların eşitdiyini iddia etdiyi sirli aşağı
Avropada istirahətin dəyəri seçilən istiqamətdən və xərclərin strukturundan
Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycanın Qazaxıstandada fövqəladə və
Gecə yuxudan qəfil oyanıb yenidən yuxuya getməkdə çətinlik çəkirsinizsə, bunun
Mütəxəssislərin araşdırmalarına görə, ağcaqanadların məhz müəyyən insanları
Avropa İttifaqının maliyyələşdirdiyi “REPERTORIUM” layihəsi çərçivəsində

“BonAqua” və "Qarabağ" FK arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalanıb

28 iyl 2026, 18:59
“BonAqua” və "Qarabağ" FK arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalanıb

Bu gün “BonAqua” brendi ilə "Qarabağ" Futbol Klubu arasında rəsmi tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.
 
Tədbirdə “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Rəna Məmmədova və “Qarabağ” Futbol Klubunun baş direktoru Emrah Çelikel iştirak edib.
 
“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Rəna Məmmədova əməkdaşlığın əhəmiyyətini vurğulayıb: ““BonAqua” olaraq idmanın və sağlam həyat tərzinin təşviqini fəaliyyətimizin əsas istiqamətlərindən biri hesab edirik. Azərbaycanın ən uğurlu futbol klublarından biri olan "Qarabağ" FK ilə tərəfdaşlığa başlamaqdan məmnunuq. İnanırıq ki, bu əməkdaşlıq həm idmanın inkişafına töhfə verəcək, həm də azarkeşlər üçün dəyər yaradan layihələrin həyata keçirilməsinə imkan yaradacaq”.
 
Tədbirdə çıxış edən Emrah Çelikel də tərəfdaşlığın uğurlu olacağına inandığını bildirib: ""Qarabağ" FK olaraq uzunmüddətli və etibarlı tərəfdaşlıqlara hər zaman böyük önəm veririk. “BonAqua” kimi keyfiyyət və sağlam həyat tərzi ilə assosiasiya olunan bir brendin klubumuzun rəsmi su tərəfdaşı olması bizi məmnun edir. İnanırıq ki, bu əməkdaşlıq hər iki tərəf üçün uğurlu olacaq və gələcəkdə birgə həyata keçirəcəyimiz layihələrlə daha da möhkəmlənəcək”.
 
İmzalanan müqaviləyə əsasən, “BonAqua” qarşıdakı illər ərzində "Qarabağ" FK-nın rəsmi su tərəfdaşı olacaq. Əməkdaşlıq çərçivəsində “BonAqua” klubun əsas komandası və digər fəaliyyət istiqamətlərinin su təminatını həyata keçirəcək. Tərəflər gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirməyi planlaşdırırlar.
 
İmzalanma mərasiminin sonunda xatirə hədiyyələri təqdim olunub. “Coca-Cola” şirkəti “Qarabağ” üçün hazırlanan xüsusi hədiyyəni, klub isə komandanın formasını təqdim edib.
 
Qeyd edək ki, “BonAqua” “Coca-Cola” şirkətinin Azərbaycanda istehsal etdiyi təbii içməli su brendidir. Məhsul beynəlxalq keyfiyyət sertifikatlarına və şirkətin yüksək istehsal standartlarına uyğun hazırlanır.
 
İdmana verdiyi dəstəklə tanınan “BonAqua” indiyədək Azərbaycanda keçirilmiş "Bakı 2015" I Avropa Oyunları, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları, “Tour d’Azerbaijan”, Bakı Marafonu, "Formula 1" Azərbaycan Qran-prisi və digər mötəbər idman tədbirlərində idmançıların, komandaların, rəsmi nümayəndələrin və azarkeşlərin su təminatında iştirak edib.
 
Bu tərəfdaşlıq "Qarabağ" FK ilə “BonAqua” arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın başlanğıcı olmaqla yanaşı, sağlam həyat tərzinin təşviqi və Azərbaycan idmanının inkişafına verilən dəstəyin daha bir göstəricisidir.
1
1
1
1
1