Son Xəbərlər
Dörd ay əvvələ kimi TƏBİB-in tabeliyində olan Sabirabad Rayonu Mərkəzi
Azərbaycan Milli Qvardiyasının ilk komandanı, ehtiyatda olan polkovnik Azər
Bu gün “BonAqua” brendi ilə "Qarabağ" Futbol Klubu arasında rəsmi
İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə təhsil Mərkəzinə yeni direktor
Dünyanın müxtəlif ölkələrində insanların eşitdiyini iddia etdiyi sirli aşağı
Avropada istirahətin dəyəri seçilən istiqamətdən və xərclərin strukturundan
Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycanın Qazaxıstandada fövqəladə və
Gecə yuxudan qəfil oyanıb yenidən yuxuya getməkdə çətinlik çəkirsinizsə, bunun
Mütəxəssislərin araşdırmalarına görə, ağcaqanadların məhz müəyyən insanları
Avropa İttifaqının maliyyələşdirdiyi “REPERTORIUM” layihəsi çərçivəsində

Süni intellekt Avropanın minillik musiqi irsini bərpa edir

28 iyl 2026, 15:52
Süni intellekt Avropanın minillik musiqi irsini bərpa edir

Avropa İttifaqının maliyyələşdirdiyi “REPERTORIUM” layihəsi çərçivəsində tədqiqatçılar süni intellekt texnologiyalarının köməyi ilə monastır arxivlərində əsrlər boyu unudulan opera və qriqorian nəğmələrini bərpa ediblər. Bu yenilik musiqiçilərə və dinləyicilərə təxminən 1000 ildir səslənməyən qədim əsərlərdən zövq almaq imkanı yaradıb.

AZƏRTAC xəbər verir ki, İspaniyanın Xaen Universitetinin rəhbərliyi ilə 8 ölkənin mütəxəssislərini birləşdirən layihə çərçivəsində Fransanın Solesm monastırında saxlanılan, təxminən 2 milyon qriqorian melodiyasını əhatə edən unikal kolleksiya süni intellekt vasitəsilə təhlil edilib.

Tədqiqatçılar əvvəlcə minlərlə musiqi nümunəsini əl ilə işarələyərək alqoritmləri öyrədiblər. Daha sonra proqram təminatı melodiyaları tanıyıb, onları mövcud məlumat bazaları ilə müqayisə edərək sürətlə indeksləşdirib. Üç il ərzində həyata keçirilən fəaliyyət nəticəsində 350 mindən çox əlyazma təsviri və 156 min qriqorian nəğməsi indekslənərək rəqəmsal bazaya daxil edilib.

Bərpa edilən əsərlərin bir qismi Salamanka katedralında təşkil olunan canlı konsertdə ifa olunub. Layihə, həmçinin XVIII əsrə aid itirilmiş bir operanın bərpasına və “6D Audio” texnologiyası vasitəsilə dinləyicilərə virtual konsert zalında ifa edilməsinə imkan verib.

İllərlə bağlı qalan arxivlərin rəqəmsallaşdırılması musiqişünaslar üçün misilsiz açıq mənbə yaratmaqla yanaşı, Avropanın unudulmuş mədəni irsini yenidən dünya səhnəsinə qaytarıb. Mütəxəssislərin fikrincə, layihə süni intellektin təkcə yeni məzmun yaratmaq deyil, həm də bəşəriyyətin tarixi və mədəni irsinin qorunması, bərpası və öyrənilməsi istiqamətində mühüm imkanlara sahib olduğunu nümayiş etdirir.