Son Xəbərlər
Dörd ay əvvələ kimi TƏBİB-in tabeliyində olan Sabirabad Rayonu Mərkəzi
Azərbaycan Milli Qvardiyasının ilk komandanı, ehtiyatda olan polkovnik Azər
Bu gün “BonAqua” brendi ilə "Qarabağ" Futbol Klubu arasında rəsmi
İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə təhsil Mərkəzinə yeni direktor
Dünyanın müxtəlif ölkələrində insanların eşitdiyini iddia etdiyi sirli aşağı
Avropada istirahətin dəyəri seçilən istiqamətdən və xərclərin strukturundan
Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycanın Qazaxıstandada fövqəladə və
Gecə yuxudan qəfil oyanıb yenidən yuxuya getməkdə çətinlik çəkirsinizsə, bunun
Mütəxəssislərin araşdırmalarına görə, ağcaqanadların məhz müəyyən insanları
Avropa İttifaqının maliyyələşdirdiyi “REPERTORIUM” layihəsi çərçivəsində

Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu

28 iyl 2026, 10:46
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu

Türkiyənin İstanbul şəhərinin Bakırköy Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan istintaq çərçivəsində saxlanılan və həbs edilən bəzi şəxslərdən götürülmüş bioloji nümunələr üzərində aparılan toksikoloji analizlərin nəticələri açıqlanıb.

Müğənni İlyas Yalçıntaşdan götürülmüş bioloji nümunələr üzərində aparılan müayinələr zamanı test nəticəsi müsbət çıxıb. Yalçıntaşın qan, sidik və saç nümunələrində THC (tetrahidrokannabinol - marixuananın təsiredici maddəsi) aşkar edilib.

İstintaq çərçivəsində həbsdə saxlanılan sosial media fenomeni Ayşenur Balcının da toksikoloji müayinə nəticələri bəlli olub. Balcının sidik və saç nümunələrində kokain aşkarlanıb.

Saxlanılan sosial media fenomeni Asude Mercanın məhkəmə-tibbi ekspertiza nəticələrinə əsasən, onun qan, sidik və saç nümunələrində də kokain təsbit edilib.

Qeyd edək ki, Bakırköy Prokurorluğunun narkotik maddələrlə mübarizə istiqamətində apardığı araşdırmalar zamanı müğənni, aktyor və iş adamlarının narkotik və stimullaşdırıcı vasitələrdən istifadə etdikləri, habelə narkotik maddələrin istifadəsini asanlaşdırdıqları və bunun üçün yer təmin etdikləri barədə sübutlar əldə olunub.(oxu.az)