Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

“Azerconnect Group” “mygov” platformasına qoşulub

13 fev 2026, 12:26
“Azerconnect Group” “mygov” platformasına qoşulub

“Azerconnect Group” vətəndaşlara göstərilən xidmətlərin daha rahat, çevik və əlçatan formada təşkili məqsədilə rəqəmsal həllər tətbiq etməyə davam edir. 

Liderxeber.az xəbər verir ki, bu yanaşma çərçivəsində “Azerconnect Group” “mygov” rəqəmsal hökumət platformasına qoşulan ilk özəl telekommunikasiya şirkəti olub.

Yenilik sayəsində artıq vətəndaşlar “mygov” platforması üzərindən “Azerconnect Group”a rəqəmsal formada rəsmi müraciət göndərə, eləcə də şirkət tərəfindən ünvanlanan rəsmi məktubları elektron mühitdə qəbul edə bilərlər. Platforma yazışma proseslərinin operativliyini artırmaqla yanaşı, müraciətlərin icra statusunu real vaxt rejimində izləməyə imkan verir. Bu isə öz növbəsində kağız daşıyıcılardan istifadənin azalmasına, həmçinin vaxt və resurs itkilərinin minimuma endirilməsinə töhfə verəcək.

Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunan “mygov” Azərbaycanın rəqəmsal hökumət platformasıdır. Qurumlarla vətəndaş arasında körpü rolunu oynayan platforma bütün vacib sənədlərə və dövlət xidmətlərinə rəqəmsal formada çıxış imkanı yaradır.

“Azerconnect Group” haqqında

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.