Son Xəbərlər
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı

Samir Məmmədov “Birmarket”in CEO-su təyin edilib

26 yan 2026, 11:45
Samir Məmmədov “Birmarket”in CEO-su təyin edilib

Azərbaycanın aparıcı elektron ticarət platforması “Birmarket”in rəhbərliyində dəyişiklik olub.

Belə ki, şirkətin Baş İcraçı direktoru postuna Samir Məmmədov təyin edilib. O, 5 yanvar 2026-cı il tarixindən etibarən vəzifəsinin icrasına başlayıb. Bu vəzifəni daha əvvəl Rauf Qulaməliyev icra edib. O, “Pasha Group” ilə əməkdaşlığını Məsləhətçi vəzifəsində davam etdirəcək.

Samir Məmmədov daha öncə Azərbaycanın ilk irimiqyaslı elektron ödəmə sistemlərinin inkişafı ilə məşğul olan fintex startapı "PashaPay"in Baş icraçı direktoru (CEO) vəzifəsində çalışıb.

Qeyd edək ki, “Birmarket” Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosisteminin aparıcı brendlərindən biridir.

“Birmarket” çoxkateqoriyalı marketplace olaraq müştərilərinə gündəlik istehlak ehtiyaclarını qarşılamaq üçün geniş məhsul çeşidi təqdim edir. Platforma müxtəlif kateqoriyalar üzrə məhsulları bir məkanda cəmləyərək rahat və əlçatan alış-veriş imkanı yaradır. Bir ekosisteminin tərkib hissəsi kimi həm müştərilər, həm də tərəfdaşlar inteqrasiya olunmuş ödəniş həlləri, kredit və taksit imkanları, “Bir Bonus” və digər ekosistem üstünlüklərindən faydalana bilirlər.