Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

Hesablama Palatasının 2026-2030-cu illər üçün Strateji Planı təsdiq olundu

15 yan 2026, 17:00
Hesablama Palatasının 2026-2030-cu illər üçün Strateji Planı təsdiq olundu

Hesablama Palatasının 2026-2030-cu illəri əhatə edən yeni Strateji Planı təsdiq olunub.

Liderxeber.az xəbər verir ki, ali audit orqanı olaraq Hesablama Palatasının növbəti beş il üçün əsas fəaliyyət istiqamətlərini və prioritetlərini müəyyən edib.

Yeni Strateji Plan 2021-2025-ci illəri əhatə edən Strateji Planın icra müddətinin başa çatması fonunda, əvvəlki dövrdə əldə edilmiş nəticələr, aparılmış qiymətləndirmələr və cari vəziyyətin təhlili nəzərə alınmaqla hazırlanıb.

Bildirilib ki, Strateji Planın formalaşdırılması prosesində əsas maraqlı tərəflərlə səmərəli işgüzar münasibətlər qurulub, onların gözləntiləri təhlil edilərək sənəddə əksini tapıb. Eyni zamanda, yeni Strateji Planda nəticəəsaslı çərçivə daha da genişləndirilib, ilk dəfə olaraq bir sıra əsas performans göstəriciləri üzrə beş illik proqnoz dinamikası müəyyən edilib.

Sənəddə Dövlət Auditi İnformasiya Sisteminin tam qurulması, rəqəmsal həllərin və data analitika alətlərinin genişləndirilməsi, mümkün istiqamətlərdə süni intellektin tətbiqi, beynəlxalq audit standartlarının daha geniş tətbiqi və audit tövsiyələri əsasında dövlət maliyyə idarəetməsinin gücləndirilməsi əsas prioritetlər kimi müəyyən olunub.