Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

Azərbaycan benzini Ermənistanda satışa çıxarıldı - 1,93 AZN-ə

24 dek 2025, 14:14
Azərbaycan benzini Ermənistanda satışa çıxarıldı - 1,93 AZN-ə

Dekabrın 23-dən etibarən Azərbaycan istehsalı olan benzin Ermənistanda satışa çıxarılıb. 

Liderxeber.az xəbər verir ki, bu barədə “Radio Azatutyun” məlumat yayıb. 

Bildirilib ki, “Ran Oil” şəbəkəsinin yanacaqdoldurma məntəqələrində “Aİ-95” markalı benzinin litri 430 drama (1,93 AZN) satılır. 

“Bu, premium sinif benzinin cari bazar qiymətindən (520 dram) əhəmiyyətli dərəcədə aşağıdır”, - Azərbaycan yanacağını alan “Mega Treyd” şirkətinin direktoru Karen Xayriyan bildirib. 

Azərbaycandan alınan “Aİ-95” markalı benzinin Rusiyadan idxal edilən yanacaqdan 17% daha ucuz qiymətə satılacağı qeyd olunur. 

Məlumata görə, “Mega Treyd” şirkəti 600 ton benzini birbaşa idxal etməyib, vasitəçi şirkətdən alıb. Vasitəçi şirkətin adı isə açıqlanmır. 

Xatırladaq ki, dekabrın 18-də 22 vaqona yüklənmiş 1220 ton “Aİ-95” markalı yanacaq Ağstafadan Gürcüstana yola salınıb. Göndərilən neft məhsullarının ilk partiyası dekabrın 19-da Ermənistana çatıb.

Qeyd edək ki, hazırda Azərbaycanda “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 1.60 AZN-dir.