Son Xəbərlər
Moskvaya son 2 ilin ən böyük dron hücumu olub. Liderxeber.az xəbər verir ki,
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verib.
Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində qızı Zəhra
“İran memorandum üzrə sözlərinə yox, əməllərinə görə qiymətləndiriləcək”.
Dünya çempionatının qrup mərhələsinin ilk turunda bu gecə maraqlı qarşılaşma
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.

Qırmızı Ürəklər Fondu "Bayram səbəti" xeyriyyə aksiyasına start verir

17 dek 2025, 11:43
Qırmızı Ürəklər Fondu "Bayram səbəti" xeyriyyə aksiyasına start verir

Qırmızı Ürəklər Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Bayram səbəti" xeyriyyə aksiyasına start verir.

Liderxeber.az xəbər verir ki, 15 dekabr-5 yanvar tarixlərini əhatə edən aksiyanın məqsədi əhalinin sosial həssas qrupundan olan şəxslərə dəstək olmaq, bayram sevincini onlarla bölüşməkdir.

Aksiyaya qoşulmaq istəyənlər vizualda yerləşdirilən QR kodu oxutmaqla, eləcə də "Birbank/Kapital Bank" terminallarından, "Birbank" və "m10" mobil tətbiqlərindən asanlıqla ianə edə bilərlər.

Fond hər kəsi bu humanist missiyaya qoşulmağa, həmrəylik nümayiş etdirməyə və ehtiyacı olan ailələrə dəstək olaraq, onlara əsl bayram sevinci yaşatmağa çağırır.

"Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə "Kapital Bank" ASC-nin bir qrup əməkdaşının iştirakı ilə könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.