Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

Taksi ödənişlərinizi “Bir Bonus”la edin, pulunuz cibinizdə qalsın

19 noy 2025, 14:27
Taksi ödənişlərinizi “Bir Bonus”la edin, pulunuz cibinizdə qalsın

Bir ekosistemdən “Birbonus”lulara şad xəbər var. Hansı taksi sərfəlidir? – sualına “Birbonus”lular indi daha rahat cavab verə bilərlər. Çünki “Yango” tətbiqində taksi xidməti ilə əməkdaşlıq ekosistem müştərilərinə yeni imkanlar qazandırır.

Belə ki, indi istifadəçilər bonuslarını “Birbank” və m10 tətbiqdaxili və QR ilə ödənişlərdə, “Birmarket” və “Trendyol” sifarişləri, ictimai nəqliyyatda “BakıKart” ilə ödənişlər, mobil nömrə balansının artırılması, kommunal ödənişlərlə yanaşı, həm də “Yango”da taksi gedişlərinin ödənişi zamanı istifadə edə bilərlər. Bunun üçün “Yango” tətbiqində Bir ID ilə qeydiyyatdan keçərək, bonus kabinetini aktivləşdirmək kifayətdir.

Bir ekosistemi və “Yango” arasındakı bu əməkdaşlıq müştərilərin gündəlik həyatını daha rahat etməklə yanaşı, bonuslardan istifadə sferasını da xeyli genişləndirir. Bu isə istifadəçilərin vaxtına və büdcəsinə əlavə dəyər qatır. İstifadəçilər səfərin dəyərinin 90%-dək hissəsini bonuslarla ödəyə bilərlər. Hər bir bonus 1 manata bərabərdir və cari bonus balansı birbaşa “Yango” tətbiqində əks olunur.

Ətraflı: www.b-b.az/bbyto

Qeyd edək ki, Bir ekosistemin vahid loyallıq proqramı olan “Bir Bonus” – “Birbank”, m10, “Birmarket” və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradır. Bir ekosistem müştəriləri Bir Bonus proqramına avtomatik olaraq qoşulur və bütün imkanlardan yararlanmaq şansı əldə edir. “Bonus”ları “BakıKart” biletindən “Trendyol” sifarişinə, mobil balansdan Birmarket alış-verişinə qədər rahatlıqla istifadə etmək mümkündür.

Bir ekosistem ölkənin aparıcı brendləri olan “Birbank”, “Birmarket”, m10 və “MilliÖn” brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem “Trendyol Azərbaycan” və “BakıKart” kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, “Birmarket”də “Birbank” vasitəsilə kreditli alış-verişdən, “Trendyol Azərbaycan”da “Birbank” taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.