Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

Dövlət qurumları arasında məlumat mübadiləsinin həcmi 2 milyardı keçib

19 noy 2025, 14:15
Dövlət qurumları arasında məlumat mübadiləsinin həcmi 2 milyardı keçib

Ölkədə dövlət informasiya sistemləri arasında məlumat mübadiləsini təmin edən Milli Məlumat Mübadiləsi Sistemi – digital.bridge üzərindən həyata keçirilən tranzaksiyaların ümumi sayı 2 milyardı ötüb.

Liderxeber.az xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim edilən sistemə hazırda 80 dövlət qurumu və 180 informasiya sistemi qoşulub.

digital.bridge 2021-ci ilin aprel ayından fəaliyyət göstərir və dövlət orqanları arasında təhlükəsiz, sürətli və standartlaşdırılmış məlumat axınını təmin edən mərkəzi platformadır. Sistem dövlətin rəqəmsallaşma siyasətinin əsas infrastruktur komponentlərindən biri olmaqla, məlumatların etibarlı şəkildə ötürülməsi və paylaşılmasına şərait yaradır. Bu platforma dövlət orqanları arasında inteqrasiyanı gücləndirir, “bir dəfə təqdim et” prinsipini reallaşdırmaqla vətəndaş və biznes subyektlərinin dövlətlə münasibətlərini sadələşdirir və idarəetmədə çevikliyi artırır. Sistem rəqəmsal xidmətlərin inteqrasiyasını və sabit fəaliyyətini təmin etməklə, dövlət orqanları arasında vahid və fasiləsiz xidmət modelinin formalaşmasını sürətləndirir. Eyni zamanda, milli məlumat infrastrukturunun təhlükəsizliyini qoruyan əsas platforma rolunu oynayır.

Cari ilin yanvar-oktyabr ayları ərzində sistem üzərindən 786 milyondan çox  məlumat mübadiləsi həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 89 faiz artım deməkdir. Beləliklə, 2025-ci ildə digital.bridge üzərindən həyata keçirilən məlumat mübadilələrinin həcmi əvvəlki illərlə müqayisədə 2-3 dəfə çox olub.

Xatırladaq ki, 2021-ci ilin aprel ayından fəaliyyət göstərən Milli Məlumat Mübadiləsi Sisteminin (digital.bridge)  fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2018-ci il tarixli 263 nömrəli “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Fərmanı ilə tənzimlənir. Eyni zamanda, sistem Prezident İlham Əliyevin 12 avqust 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) Əsasnaməsi ilə də fəaliyyət göstərir.