Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

Yerli balıq məhsullarının ƏDV-dən azad olması müzakirə edilib

19 noy 2025, 14:12
Yerli balıq məhsullarının ƏDV-dən azad olması müzakirə edilib

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzinin rəhbər heyəti iri pərakəndə satış şəbəkələrinin balıq məhsullarına məsul nümayəndələri ilə görüşüb.

Liderxeber.az xəbər verir ki, görüşdə ölkəmizdə balıq məhsullarının istehlakının artırılması, yerli akvakulturanın inkişafı və istehsalçıların dəstəklənməsi istiqamətində mövcud vəziyyət və gələcək addımları müzakirə olunub.

Tədbir çərçivəsində yerli balıqçılıq və akvakultura təsərrüfatlarının inkişaf prioritetləri, balıq istehsalçılarına təqdim olunan dövlət dəstək mexanizmlərinin layihələri, yerli balıq məhsulları üçün ƏDV-dən azad olma, pərakəndə satış şəbəkələrində qida təhlükəsizliyi və gigiyena standartlarının təkmilləşdirilməsi, eləcə də yerli istehsalçılar ilə pərakəndə şəbəkələr arasında birbaşa əməkdaşlığın gücləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda tərəflər ölkədə balıq istehlakının artırılması məqsədilə balıq məhsullarının istehsal və satış zəncirində qarşılıqlı əməkdaşlığın artırılması, yerli istehsalın dəstəklənməsi və ölkədə balıq məhsullarına olan tələbatın yüksəldilməsi üçün birgə fəaliyyətə hazır olduqlarını ifadə ediblər.