Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

“Seçim etməliyik ki, özəli, yoxsa dövlət sektorunu dəstəkləmək daha vacibdir?” - Yenilənib

06 noy 2025, 13:00
“Seçim etməliyik ki, özəli, yoxsa dövlət sektorunu dəstəkləmək daha vacibdir?” - Yenilənib

“Ölkədə neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən gəlir vergisinin 2500 manata qədər olan hissəsindən 14% və 2500 manatdan yuxarı olan hissəsindən 25% verginin tutulduğu bir vaxtda, 8000 manata qədər özəl sektorun vergidən azad edilməsi xoşdur. Amma 2500 manata qədər və ondan yuxarı olanların fonunda əsaslandırılması çətin olan məsələdir”.

Liderxeber.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

“İndi də yenidən 7 ildən sonra özəl sektorda həmin vergilərin mərhələli şəkildə bərpa olunmasının əlavə izahlara, əsaslandırmalara ehtiyacı var. Bu, ümumi işdir və çalışmaq lazımdır ki, daha mükəmməl variantda hazırlansın. Elə bil ki, diskussiya aparmısınız və MM-ə təqdim olunması zamanı gəlib çatıb, amma çiy materialdır. Onun təkmilləşdirilməsinə ehtiyac var”, - deputat bildirib.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib: “Dövlət sektorunda verginin 25%, özəl sektorda isə 14% tətbiq olunması məsələsi qaldırıldı. Dövlət və özəl sektorlar arasında olan fərq yəqin ki, siyasət seçimi fərqidir.

Biz hesab edirdik ki, 2018-2019-cu ildən başlayaraq tətbiq olunan güzəştlər qeyri-neft və özəl sektor üçün ən mühüm güzəştlərdən biri idi, dəstək mexanizmi idi. Biz bu gün də başa düşürük ki, işçi ilə işəgötürən arasında rəsmiləşən əməkhaqlarına daha çox işəgötürən təsir edir. Buna daha çox işəgötürənin xərci kimi baxılır. O baxımdan özəl sektora hökumətdaxili müzakirələr nəticəsində güzəştlərin davam etdirilməsi qərarı qəbul olundu.

Dövlət və neft sektorlarında bunun fərqli formada qalmasının və ya onu özəl sektora uyğunlaşdıra bilərikmi, bəli, bilərik. Yəqin ki sonda hansısa dövlət-büdcə gəlirlərinə təsiri olacaq. Biz tərəziyə qoyub seçim etməliyik ki, özəl sektoru dəstəkləmək daha vacibdir, yoxsa dövlət sektorunu?”