Son Xəbərlər
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş

Region Liqasının qrup və 1/8 final mərhələsində ev-səfər prinsipi olmayacaq

05 mar 2025, 14:35
Region Liqasının qrup və 1/8 final mərhələsində ev-səfər prinsipi olmayacaq

AFFA Region Liqasının qrup və 1/8 final mərhələsində ev-səfər prinsipi olmayacaq.

Liderxeber.az xəbər verir ki, bu barədə açıqlamasında milli assosiasiyanın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov bildirib.

O, turnirdə 54 komandanın çıxış edəcəyini xatırladıb:

"Onların II Liqaya can atdıqlarını gördüyümüz üçün yarışdan gözləntilərimiz yüksəkdir. Qalib peşəkar liqaya vəsiqə əldə edəcək. Digəri isə pley-off vasitəsi ilə bu hüquqa yiyələnə bilər".

E.Cəfərov Region Liqasının üç ay ərzində keçirilməsinə də münasibət bildirib:

"Matçlar hər qrupda bir dövrədən ibarət olacaq. Yəni ev-səfər prinsipi ilə keçirilməyəcək. 1/8 finalda da bir matç nəzərdə tutulur. 1/4 final və yarımfinal isə artıq ev-səfər prinsipi ilə gerçəkləşəcək".

AFFA rəsmisi regionlarda futbola marağın artması və insanların bu idman növü ilə məşğul olması üçün yarışı təşkil etdiklərini diqqətə çatdırıb.

 Qeyd edək ki, Region Liqasında mövsümə mayın sonlarında yekun vurulacaq.