Son Xəbərlər
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş

Azərbaycan millisinin böyük məşqçisi: “Hakimlər Bolqarıstanda qızıl medal qazanmağımıza mane oldular"

04 mar 2025, 17:31
Azərbaycan millisinin böyük məşqçisi: “Hakimlər Bolqarıstanda qızıl medal qazanmağımıza mane oldular"

Hakimlər qızıl medal qazanmağımıza mane oldular.

Bunu Liderxeber.az-a açıqlamasında Azərbaycanın kişi boksçulardan ibarət millisinin böyük məşqçisi Nəriman Abdullayev Bolqarıstanda keçirilən "Strandja" turnirinin nəticələrini dəyərləndirərkən deyib.

Mütəxəssis yarışda qızıl medal qazana bilməmələrinə görə hakimləri günahlandırıb:

“Strandja” hər il Bolqarıstanda keçirilir və çox güclü turnirdir. Hətta kiçik dünya çempionatı sayılır. Yarışda 16 boksçu ilə iştirak etdik. Boksçularımız göstərdilər ki, doğrudan da bu yarışda medallar qazana bilərlər. Hakimlər qızıl medal qazanmağımıza mane oldular. Heç olmasa, iki boksçumuzdan birinə qızıl medal verməli idilər. Buna baxmayaraq, 2 gümüş və 2 bürünc medal qazandıq. Qazaxıstan, Özbəkistan, İrlandiya, İngiltərə və Gürcüstan boksçularına qalib gəlmişik. Nəticələrimiz demək olar yaxşıdır. Çoxdandır belə uğurlar olmurdu”.

N.Abdullayev qarşıdakı planlardan danışıb:

“Bolqarıstandan qayıtıqdan sonra əsas yığma yenidən fiziki hazırlığa başlayıb. Bakıda bizi “İpək yolu” beynəlxalq turniri gözləyir. Daha sonra dünya çempionatına hazırlaşacağıq”.

Qeyd edək ki, Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq “Strandja” turnirini 2 gümüş və 2 bürünc medalla başa vurublar.