Son Xəbərlər
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş

"Fənərbağça" "Anderlext"lə heç-heçə edərək 1/8 finala vəsiqə qazanıb

21 fev 2025, 09:07
"Fənərbağça" "Anderlext"lə heç-heçə edərək 1/8 finala vəsiqə qazanıb

UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Liderxeber.az xəbər verir ki, Türkiyə təmsilçilərindən “Qalatasaray” doğma meydanda Niderlandın “AZ Alkmaar” klubunu qəbul edib, "Fənərbağça" isə Belçikada "Anderlext"in qonağı olub. Hər iki qarşılaşma heç-heçə ilə başa çatıb - 2:2.

Bu nəticə ilk oyunda 1:4 hesabı ilə uduzan “cim-bom”un avrokuboklarda mübarizəni dayandırmasını rəsmiləşdirib, evdə "Anderlext"i 3 cavabsız qolla məğlub etmiş “Fənərbağça”nı isə 1/8 finala daşıyıb. "Bülbüllər" bu raundda ya Yunanıstanın "Olimpiakos", ya da Şotlandiyanın "Reyncers" klubu ilə qarşılaşacaq. 1/8 finalın püşkatması bu gün keçiriləcək.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

20 fevral

21:45. "Roma" (İtaliya) - "Portu" (Portuqaliya) - 3:2

İlk oyun - 1:1

21:45. FKSB (Rumıniya) - PAOK (Yunanıstan) - 2:0

İlk oyun - 2:1

21:45. "Qalatasaray" (Türkiyə) - "AZ Alkmaar" (Niderland) - 2:2

İlk oyun - 1:4

21:45. "Budyo-Qlimt" (Norveç) - "Tvente" (Niderland) - 5:2

İlk oyun - 1:2

21 fevral

00:00. "Real Sosyedad" (İspaniya) - "Midtüllann" (Danimarka)- 5:2

İlk oyun - 2:1

00:00. "Anderlext" (Belçika) - "Fənərbağça" (Türkiyə) - 2:2

İlk oyun - 0:3

00:00. "Ayaks" (Niderland) - "Union" (Belçika) - 1:2

İlk oyun - 2:0

00:00. "Viktoriya Plzen" (Çexiya) - "Ferentsvaroş" (Macarıstan) - 3:0

İlk oyun - 0:1.