Son Xəbərlər
Bu gün səhər saatlarında Sumqayıtda görüntüsü yayılan təcili tibbi yardım
Hədəfimiz terrorsuz Türkiyədir. Liderxeber.az “Global Haber”ə istinadən xəbər
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər
2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 2,2 %, o cümlədən qida
Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus
Yeni Suraxanı qəsəbəsi sakinlərinin 104 saylı marşrut xəttinin sərnişin
Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında mükafatçılar
Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL)
Bu gündən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bərpaolunan
banner

Azərbaycanın iki idmançısının Paris-2024-də qazandığı medallar keyfiyyətini itirib

15 yan 2025, 12:22
Azərbaycanın iki idmançısının Paris-2024-də qazandığı medallar keyfiyyətini itirib

Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşən Azərbaycanın iki idmançısının medalı keyfiyyətini itirib.

Bu barədə Liderxeber.az-a taekvondoçu Qaşım Maqomedov (58 kq) və yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) məlumat veriblər.

Gümüş mükafatçı Q.Maqomedov medalın keyfiyyətinin arzuolunan səviyyədə olmadığını söyləyib:

"İlk günlərdən ona çox diqqətlə yanaşırdım. Medal bütün bu müddət ərzində xüsusi çantada saxlanılırdı. Təxminən iki ay çantada qaldı, yaxınlaşıb baxırdım, bəzən heyran olurdum. Bir neçə gün əvvəl Azərbaycana təlim-məşq toplanışına getməli olanda düşündüm ki, ehtiyat üçün özümlə götürüm. Bəlkə haradasa lazım olar, bəlkə hansısa tədbirdə Gənclər və İdman Nazirliyi və ya Taekvondo Federasiyasından onu özümlə götürməyi deyərlər. Mən onu götürməyi qərara aldım və çantadan çıxaranda gördüm ki, bir az korlanıb. Başa düşə bilmirəm, niyə? Toxunmuram da, əksinə, həmişə ehtiyatla yanaşmışam. Qısası, bəli, mən də bu pis keyfiyyətlə qarşılaşdım".

Bürünc medal əldə edən H.Cəfərov isə medalın üzərindəki müəyyən hissənin qopduğunu diqqətə çatdırıb. O, olimpiadada verilən mükafatın çox keyfiyyətsiz olduğunu vurğulayıb.

Milli Olimpiya Komitəsinin xarici əlaqələr departamentinin direktoru Anar Bağırov "Report"a açıqlamasında Q.Maqomedovla bağlı məsələdən xəbərdar olduqlarını bildirib. O, Həsrət Cəfərov və digər idmançıların medalları ilə bağlı maraqlanacaqlarını diqqətə çatdırıb:

"Yekun araşdırmalardan sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət olunacaq".

Qeyd edək ki, daha əvvəl 100-dən çox idmançı Paris-2024-də qazandıqları medalları keyfiyyətsiz olması səbəbindən geri qaytarıblar. Yay Olimpiya Oyunları 26 iyul - 11 avqust aralığında təşkil olunub.