Son Xəbərlər
Bakıda və Abşeron yarımadasında dekabrın 12-si axşamdan 13-ü səhərədək arabir
Yola girən motosiklet fikrimi yayındırdı və nəticədə çuxura düşüb zədələndim.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sabiq bölmə rəisi polis polkovniki
2024-cü il Azərbaycanın görkəmli dövlət xadimi, mütəfəkkiri və şairi Şah
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər
Bakının Nərimanov prospekti, Mikayıl Müşfiq və Qurban Xəlilov küçələrinin
Bakı Kristal Zalında futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis
Azərbaycan ərazisində dekabrın 12-nə gözlənilən hava şəraiti haqqında proqnoz
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Amerika
Gələn il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.
banner

Hindistandakı mundialda çıxış edən azərbaycanlı marafonçu: “Motosiklet fikrimi yayındırdı və çuxura düşüb zədələndim

11 dek 2024, 17:18
Hindistandakı mundialda çıxış edən azərbaycanlı marafonçu: “Motosiklet fikrimi yayındırdı və çuxura düşüb zədələndim

Yola girən motosiklet fikrimi yayındırdı və nəticədə çuxura düşüb zədələndim.

Bunu Liderxeber.az-a açıqlamasında Hindistanda 100 km məsafəyə qaçış üzrə keçirilən dünya çempionatında 44-cü olan azərbaycanlı marafonçu Elmir Əskərov deyib.

O, daha yüksək yer tuta bilməməsini yarışda aldığı zədə ilə əlaqələndirib:

“Hindistandakı yarışa yaxşı hazırlaşmışdım. Biz dəniz səviyyəsindən 27 metr aşağıdayıq. Ancaq oradakı yarış dəniz səviyyəsindən 100 metr yüksəkdə keçirilirdi. Uyğunlaşmaq məqsədilə iki gün öncədən getmişdim. Həm də açığı, eniş və yoxuşların çox olacağını gözləmirdim. Çünki adətən 100 kilometrlik yarşlar düz sahələrdə keçirilir. Hindistanlılar isə fərqli qərar vermişdilər. Hər 5 kilometrdən bir 27 metr yüksəliş olurdu. Bu da uzun məsafələr üçün çoxdur. Yollar da kələ-kötür idi. Xeyli çuxurlar var idi. Diqqətin yayınan kimi çuxura düşüb zədə alırsan. Mən 35-ci kilometrdə zədələndim. Əslində həmin vaxt yolu bağlamışdılar, motosikletlər girməməli idi. Lakin təşkilatçılar yarışı idarə edə bilmirdilər. Yola girən motosiklet fikrimi yayındırdı və nəticədə çuxura düşüb zədələndim. 35-ci kilometrə qədər tempim təqribən 4,15 dəqiqə idi. Belə davam etsəydim, məsafəni təxminən 27,15 dəqiqəyə qət edəcəkdim ki, nəticədə ilk “20-lik” və ya “15-liy”ə düşəcəkdim. Tempim düşdüyü üçün fəxri kürsüdə yer almaq qismət olmadı. Ən azı 10-cu və ya 15-ci yerlərdən birini tutacağımı gözləyirdim”.

İdmançı növbəti il 24 saatlıq marafonda iştirak edəcəyini bildirib:

“Bu yarış bir ildən bir keçirilir. Növbəti il 24 saatlıq yarışda iştirak edəcəyəm. Bu ilin mayında 48 saatlıq qaçış üzrə dünya ikincisi olmuşam. Hindistanda 100 kilometr məsafəyə qaçdım. Əslində bu mənim məsafəm deyil. Sürətim yüksək deyil, ancaq dözümlülüyüm yaxşıdır. Ona görə də daha uzun məsafəyə qaçıram. 220, 327 kilometr məsafələrə qaçmışam. Hətta Vətən müharibəsindən sonra şəhidlərin xatirəsinə həsr olunan 44 günlük yarışda 3000 kilometr məsafəyə yürüşdə iştirak etmişəm”.

Marafonçu Azərbaycan rekordunu yenilədiyini söyləyib:

“Azərbaycan rekordunu yeniləyəcəyimi bilirdim. Rekord 8 saat 30 dəqiqə idi. Ötən il atletlərimizdən biri 100 km məsafəni məhz bu müddətə qət etmişdi. Sadəcə, yarışın sertifikatı olmadığına görə rəsmi deyildi. Hindistandakı yarış isə rəsmi dünya çempionatı idi və mən 8 saat 17 dəqiqə ilə rekordu yenilədim. Rekordun rəsmən qeydə alınması üçün Azərbaycan Atletika Federasiyasına müraciət edəcəyəm. Ümumiyyətlə, hazırda ölkədə həm 24, həm də 48 saatlıq qaçış üzrə rekordlar mənə məxsusdur. Lakin Azərbaycanda rəsmi olaraq 24 saatlıq qaçış keçirilməyib deyə rekord qeydə alına bilməz”.

E.Əskərov hazırda müalicə aldığını vurğulayıb:

“Hazırda axsaya-axsaya gəzirəm. Düşünürəm ki, müalicə 10 günə yekunlaşacaq. Daha sonra məşqlərə davam edəcəyəm”.

Qeyd edək ki, Elmir Əskərov Hindistanın Benqaluru şəhərində 100 km məsafəyə qaçış üzrə dünya çempionatında 8 saat 17 dəqiqə nəticə ilə kişilər arasında 44-cü yeri tutub.