Son Xəbərlər
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş
“ İranla s aziş imzalandı. Hamını təbrik edirəm!” Liderxeber.az xəbər verir
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar

FHN-in əməkdaşı dünya çempionatında yüksək nəticə göstərdi

05 dek 2024, 16:47
FHN-in əməkdaşı dünya çempionatında yüksək nəticə göstərdi

30 noyabr – 2 dekabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində pauerliftinqin AWPC versiyası üzrə dünya çempionatı keçirilib.

Liderxeber.az FHN-ə istinadən xəbər verir ki, 560-a yaxın idmançının mübarizə apardığı mötəbər yarışda Azərbaycan, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Belarus, Macarıstan, Çexiya və digər ölkələrin idmançıları qüvvələrini sınayıblar.

Çempionatda böyük uğura imza atan pauerliftinq üzrə Azərbaycan millisinin üzvü, Fövqəladə Hallar Nazirliyi Akademiyasının əməkdaşı leytenant Orxan Fərzəliyev deadlift hərəkəti üzrə 230kq, pauerliftinq hərəkəti üzrə isə 585kq nəticə ilə ikinci yerə layiq görülüb.

Qeyd edək ki, idmançı bu il iyunun 9-14-də Finlandiyanın Salo şəhərində AWPC versiyası üzrə keçirilmiş Avropa çempionatında qızıl medal qazanaraq çempion adına yiyələnib.

Xatırladaq ki, Orxan Fərzəliyev dəfələrlə ölkə və beynəlxalq miqyaslı mötəbər yarışlarda qüvvəsini sınayaraq ölkəmizə qızıl və gümüş medallar qazandırıb.