Son Xəbərlər
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş
“ İranla s aziş imzalandı. Hamını təbrik edirəm!” Liderxeber.az xəbər verir
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar

"Qarabağ" - "Lion" görüşünə görə yollar bağlanacaq

28 noy 2024, 16:45
"Qarabağ" - "Lion" görüşünə görə yollar bağlanacaq

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində bu axşam Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lion" görüşü ilə bağlı stadionun ətraf küçələrinə avtomobillə giriş qadağan ediləcək.

Bu barədə Liderxeber.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bas inspektoru Rüstəm Əhmədli bildirib.

"Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması, süni sıxlıqların yaranmaması üçün azarkeşlərdən oyunu izləməyə gələrkən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, ərazidə metronun "Gənclik" stansiyasının yerləşdiyini, avtobus marşrutlarının geniş şəbəkəsinin mövcudluğunu nəzərə alaraq, ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur".

Qeyd edək ki, "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.