Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

“COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı” yürüşü keçirilib

01 noy 2024, 16:16
“COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı” yürüşü keçirilib

Bakıda – Dənizkənarı Bulvarda “COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı” adlı tədbir və yürüş keçirilib.

Liderxeber.az-ın məlumatına görə, qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı, Azərbaycan Velosiped Federasiyasının dəstəyi ilə keçirilən marafonda 150-ə yaxın QHT-dən vətəndaş cəmiyyəti fəalları iştirak edib.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi anılmaqla açıq elan olunub.

COP29 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, bir neçə gündən sonra qlobal tədbirə evsahibliyi edəcək Bakı dünyadan onminlərlə qonağı qəbul edəcək, Azərbaycan QHT-ləri də “Yaşıl Dünya Naminə Həmrəylik İli”ndə iqlim dəyişmələrinə qarşı mübarizədə yaşıl düşüncə əsaslı platforma ilə çıxış edir, dünyaya həmrəylik mesajı verir.