Son Xəbərlər
Brüssel və Pekin yaxın zamanda Çin elektromobillərinin Avropaya idxalı üzrə
Bu gündən bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız
Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi Türkiyənin aparıcı
Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin
Alimlər xərçəng əleyhinə preparatları damcı sistemlərindən tabletlərə çevirmək
"Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyətinin ("Bakı Sığorta"
Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də
Azərbaycanın ədliyyə naziri Fərid Turab oğlu Əhmədova III dərəcəli dövlət
COP29 Sədrliyi bəyanat yayıb. Liderxeber.az xəbər verir ki, bəyanatda deyilir:
Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən
banner

Azərbaycan Alpaqut Federasiyasının qurultayı keçirilib

23 avq 2024, 23:13
Azərbaycan Alpaqut Federasiyasının qurultayı keçirilib

Azərbaycan Alpaqut Federasiyasının (Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyinin) qurultayı keçirilib.

Liderxeber.az xəbər verir ki, Atatürk Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qurultayda Azərbaycan Alpaqut Federasiyasının (AAF) İdarə Heyətinin yeni tərkibi formalaşıb və federasiyaya prezident seçkisi olub. Federasiyanın bütün filial və klub rəhbərləri, məşqçiləri, hakimləri və 18 yaşına çatan idmançılarının iştirakı ilə keçirilən səsverməyə əsasən Rafiq Qasimov, Kənan Quliyev, Qabil Hüseynov, Elsəvər Puri, Cəfər Cəfərov, Emil Rəhimov, Vasif Namazov, Fuad Quliyev idarə heyətinin üzvləri, Nizami Ağayev İdarə heyətinin sədri, Əli Hacıyev isə Nəzarət Təftiş Komisiyasının sədri seçilib. Daha sonra Ümumi Yığıncağın səs vermə nəticəsində Fuad Quliyev yekdilliklə AAF-a yeni prezident seçilib.

O çıxış edərək alpaqut turan döyüş sənətinin inkişafını sürətləndirmək üçün əlindən gələni edəcəyini bildirib.

Qurultayda Dünya Alpaqut Federasiyasının vitse prezidenti Tural Abasquliyev, reklam və marketinq depatamentinin sədri Firuzə İsgəndərova, İdarə heyətinin üzvü Fərid Əlizadə və DAF prezidenti Millət vəkili Jalə Əhmədova qonaq qismində iştirak edib. 

DAF prezidenti Jalə Əhmədova ölkəmizdə idmana yaradılan şəraitdən və ölkə başçısı İlham Əliyevin idmana olan qayğısını xüsusi vurğulayaraq, Azərbaycan Alpaqut federasiyasının yeni rəhbərliyinə uğurlar arulayıb. 

Qeyd edək ki, Dünya Alpaqut Federasiyası alpaqut milli idman növünü inkişaf etdirmək məqsədilə 2014-cü ildə qurulan beynəlxalq təşkilatdır. Federasiyanın Azərbaycan başda olmaqla 57 ölkə üzrə rəsmi nümayəndəlikləri, klub və federasiyaları var. Federasiya IMGC, Fair-Play, ICSSPE, ISNO, GAWSF, TAFISA kimi tanınmış ciddi beynəlxalq idman birliklərinin üzvüdür. Dünya Alpaqut Federasiyası Beynəlxalq Assosiasiyalar İttifaqının nəşri olan Beynəlxalq Təşkilatların İllik Kitabında dərc edilib və Beynəlxalq Standart Ad Təyinatçısı (ISNI) təşkilatında qeydiyyata alınıb.