Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

FHN komandaları beynəlxalq turnirdə yüksək nəticə göstərdilər

19 avq 2024, 14:26
FHN komandaları beynəlxalq turnirdə yüksək nəticə göstərdilər

17-18 avqust tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində I Dünya Korporativ Oyunları keçirilib.

Liderxeber.az xəbər verir ki, yarışlarda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin də komandaları iştirak edərək yüksək nəticələr göstəriblər.

Belə ki, voleybol yarışlarında Azərbaycanı təmsil edən Fövqəladə Hallar Nazirliyinin (FHN) kişilərdən ibarət voleybol komandası beş oyun keçirərək finala vəsiqə qazanıb.

Finalda isə komanda əzmkar oyun nümayiş etdirərək Rusiyanın “Elektroprofsoyuz” komandasına 2:1 hesabı ilə qalib gələrək qızıl medala sahiblənib.

Basketbol yarışlarında A finalında mübarizə aparan FHN-in kişilərdən ibarət basketbol komandası isə bürünc medal qazanıb.

Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Əli Bayramov stolüstü tennis üzrə qarışıq komanda yarışlarında gümüş medal əldə etməyi bacarıb.