Son Xəbərlər
Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron
Təbiətdə olan müəyyən qida maddələrindən hazırlanmış şirələr, sağlamlıq üçün
Prezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan
Alimlər "yerli vaxt" konsepsiyasını təklif ediblər. Liderxeber.az
"Brent" markalı etalon neftin bir barelinin qiyməti cümə axşamı 74
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və
COP29 çərçivəsində “EkoSfera” Sosial Ekoloji Mərkəzi uşaqların və gənclərin
Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib.
“Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik”.
banner

700-dən çox gənc doğru yolu seçdi!

25 iyn 2024, 19:33
700-dən çox gənc doğru yolu seçdi!

Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi öz töhfəsini verir!

Liderxeber.az xəbər verir ki, “Azercell Telekom” MMC-nin Azərbaycan Cüdo Federasiyası ilə birgə əməkdaşlıqda həyata keçirdiyi "Doğru yol budur" sosial kampaniyasına qoşulanların sayı hər gün artır. Artıq Azərbaycanın müxtəlif bölgələrindən 700-dən çox şəxs bu çağırışa cavab verərək mütəmadi məşqlərdə iştirak edir. Layihə cəmiyyətimizdə, xüsusilə də gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib. 

Qeyd edək ki, “Doğru yol budur” kampaniyası çərçivəsində Cüdo Federasiyasının məktəbləri və bölmələri fəaliyyət göstərən bölgələrdə qeydiyyatdan keçən gənclərə 1 ay müddətində ödənişsiz cüdo ilə məşğul olmaq imkanı verilib. Layihə əsnasında məşhur rep ifaçısı Orxan Zeynallı ilə qısametrajlı film çəkilib, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri aparılıb. Paytaxt və Azərbaycanın bir çox bölgələrində, xüsusən də məktəblərin ətrafında və gənclərin daha çox toplandığı yerlərdə eyni konsepsiyanı davam etdirən posterlər yerləşdirilib. 

Xatırladaq ki, 26 iyun BMT tərəfindən Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edilib və bu gün ictimaiyyətin diqqətini narkomaniya problemlərinə yönəltməyi hədəfləyib. “Azercell Telekom” yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi sürərək asudə vaxtlarını səmərəli keçirməyə çağırır!