Son Xəbərlər
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş

Zəhra Vəlizadə Avropanın nüfuzlu qurumunda Azərbaycanı təmsil edəcək - FOTO

28 apr 2026, 15:25
Zəhra Vəlizadə Avropanın nüfuzlu qurumunda Azərbaycanı təmsil edəcək - FOTO

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı Şöbəsinin Sosial Layihələr üzrə meneceri Zəhra Vəlizadə Avropanın idman sahəsindəki ən nüfuzlu gənclər platformalarından biri olan "European Sports NGO (ENGSO) Youth" təşkilatının 2026-2027-ci illərdə Azərbaycan üzrə "Gənc nümayəndə"si seçilib.

Liderxeber.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, o, növbəti iki il ərzində proqramın "Dayanıqlı İnkişaf" (Sustainable Development) işçi qrupunda fəaliyyət göstərəcək. Bu müddətdə Azərbaycanı beynəlxalq idman diplomatiyası və dayanıqlılıq mövzularında keçirilən tədbirlərdə təmsil edəcək.

"ENGSO Youth"-un "Gənc nümayəndələr" proqramı idman sektorunda uşaq və gənclərin hüquqlarını müdafiə edən, idmanı sosial dəyişiklik vasitəsi kimi təşviq edən fəal və bilikli gəncləri bir araya gətirir.

Z.Vəlizadə bu proqram çərçivəsində beynəlxalq işçi qruplarında fəaliyyət planlarının hazırlanmasında iştirak edəcək, idman və gənclər siyasəti üzrə Avropa standartlarının tətbiqi ilə bağlı təcrübə toplayacaq, sahə üzrə beynəlxalq mentorluq və şəbəkələşmə imkanlarından yararlanacaq.

Zəhra Vəlizadə Avropanın nüfuzlu qurumunda Azərbaycanı təmsil edəcək - FOTO