Son Xəbərlər
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş

Milli komandamızın Avropa çempionatı üçün heyəti açıqlandı

07 mar 2025, 14:14
Milli komandamızın Avropa çempionatı üçün heyəti açıqlandı

23 yaşlı idmançılar arasında keçiriləcək Avropa çempionatı üçün Azərbaycan yığmasının heyəti açıqlanıb.

Liderxeber.az xəbər verir ki,  martın 8-dən 14-dək Tirananın “Feti Borova” idman zalında təşkil ediləcək qitə birinciliyində hər 3 millimiz iştirak edəcək.

Yarışa sərbəst güləşçilər start verəcək. Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Murad Haqverdiyev (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Fərid Cabbarov (79 kq), Arseniy Djioyev (86 kq), Sadiq Mustafazadə (92 kq), Abdulcəlil Şabanov (97 kq) və Yusif Dursunov (125 kq) uğur qazanmağa çalışacaq.

Daha sonra baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında qadın güləşçilər xalçaya çıxacaq. Heyət Əsmər Cankurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Nərgiz Səmədova (55 kq), Gültəkin Şirinova (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (62 kq) və Ruzanna Məmmədovadan (65 kq) ibarətdir.

Çempionatın son günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Elvin Mürsəliyevin rəhbərlik etdiyi komandada Elmir Əliyev (55 kq), Hüseyn Qəribov (60 kq), Ziya Babaşov (63 kq), Fərid Xəlilov (67 kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (77 kq), Elmin Əliyev (82 kq), Cocu Səmədov (87 kq), Aqil Musayev (97 kq) və Ayxan Mərdanov (130 kq) yer alıb.

Avropa çempionatında I dərəcəli beynəlxalq hakimlər Bəşir İsazadə və Həbib Nurulu ədaləti qoruyacaq.