Son Xəbərlər
“İsrail İranı Liviyaya çevirmək istəyir”. Liderxeber.az xəbər verir ki, bunu
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə

Almaniyada avtomobil insanların üstünə sürülüb: Ölənlərin və yaralananların sayı artdı

03 mar 2025, 17:50
Almaniyada avtomobil insanların üstünə sürülüb: Ölənlərin və yaralananların sayı artdı

Manhaymda şəhərində avtomobilin izdihama çırpılması nəticəsində ölənlərin və yaralananların sayı artıb.

Liderxeber.az bu barədə RT-yə istinadla xəbər verir.

Bildirilir ki, ölənlərin sayı iki nəfərə çatıb. Bundan əlavə, 25 nəfər yaralanıb, onlardan 15-nin vəziyyəti ağırdır.

Polis şəhər mərkəzindən uzaq durmağı tövsiyə edib, çünki hazırda genişmiqyaslı əməliyyat aparılır.

Almaniyanın Manhaym şəhərində avtomobil insanların üstünə sürülüb, nəticədə azı bir nəfər ölüb.

Liderxeber.az xəbər verir ki, bu barədə Mannheimer-morgen.de saytı məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobil Manhaym şəhərinin mərkəzində, su qülləsindən Parad meydanına doğru hərəkət edən insanları vurub. Bir neçə yaralının olduğu vurğulanıb.

Şəhər polisi "Mavi işıq" adlı genişmiqyaslı əməliyyat keçirir. Hadisə yerində fövqəladə xidmətlər çalışır, Lüdviqshafendəki körpü bağlanıb.

Son məlumatlara görə, avtomobili insanların üstünə sürən sürücü saxlanılıb.