Son Xəbərlər
“İsrail İranı Liviyaya çevirmək istəyir”. Liderxeber.az xəbər verir ki, bunu
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə

Tramp-Zelenski gərginliyinə dünyadan ilk reaksiyalar

01 mar 2025, 09:09
Tramp-Zelenski gərginliyinə dünyadan ilk reaksiyalar

Ağ Evdə baş verən gərgin görüş zamanı Tramp ilə Zelenski arasındakı kəskin fikir ayrılığı dünya miqyasında geniş əks-səda doğurub.

Liderxeber.az-ın "Türkiyə Qəzeti"nə istinadən verdiyi xəbərə görə, Ukraynaya dəstək verən liderlər alqış mesajları verərkən, bəzi siyasətçilər Tramp və Vensin mövqeyini sərt şəkildə tənqid edib.

İspaniyanın baş naziri Pedro Sançes Ukraynaya açıq dəstək verərək, "Ukrayna, İspaniya sizin yanınızdadır. Əziz ukraynalı dostlar, yalnız deyilsiniz", - deyib.

Polşanın baş naziri Donald Tusk da oxşar mesaj verərək, "Əziz Zelenski, əziz ukraynalı dostlar, yalnız deyilsiniz", - ifadələrini işlədib.

Kanadanın xarici işlər naziri Melani Joli isə Qərbin "təhlükəsizlik böhranı" yaşadığını bəyan edib.

Almaniyalı millət vəkili Yohan David Vadeful Ağ Evdə baş verənləri "şok edici" adlandırıb.

"İşğal edilmiş ölkənin prezidentinə necə xəyanət etmək olar? Azad Avropa Ukraynanı tək qoymayacaq", - deyə vurğulayıb.