Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

Əlcəzair Fransa ilə əlaqələri kəsdi

27 fev 2025, 09:24
Əlcəzair Fransa ilə əlaqələri kəsdi

Əlcəzair Xalq Şurası (parlamentin yuxarı palatası) çərşənbə günü Fransanın Senatı ilə əlaqələrin dərhal dayandırıldığını elan edib.

Liderxeber.az xəbər verir ki, bu barədə “Algerie360” məlumat yayıb.

Bildirilib ki, qərar bu həftə Fransa Senatının sədri Jerar Larşenin Mərakeş iqtidarının nəzarətində olan Sahara şəhəri Əl-Ayuna səfərinə cavab olaraq qəbul edilib.

“Əlcəzair onilliklər boyu Sahara xalqının öz müqəddəratını təyinetmə və müstəqillik hüququnu dəstəkləyir və Mərakeşin Qərbi Sahara üzərindəki nəzarətini işğal kimi qiymətləndirərək rədd edir”, - məlumatda deyilir.

Qeyd edək ki, ötən ilin iyul ayında Əlcəzair hökuməti Fransadakı səfirini geri çağırmağa qərar verib. Qərar Parisin Mərakeşin Qərbi Saharaya muxtariyyət verilməsi planını münaqişənin həlli üçün yeganə əsas kimi tanımasından sonra qəbul edilib.