Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

Çində hərbi peykləri izləyə bilən dünyanın ən güclü kamerasını yaradıblar

20 fev 2025, 10:13
Çində hərbi peykləri izləyə bilən dünyanın ən güclü kamerasını yaradıblar

Çin alimləri dünyanın ən güclü lazer əsaslı kamerasını yaradıblar.

Bu da Pekinə xarici hərbi peykləri izləməyə imkan verəcək.

Liderxeber.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Yeni məhsul Çin Elmlər Akademiyasının Aerokosmik İnformasiya Tədqiqatları İnstitutunun mütəxəssisləri tərəfindən yaradılıb. Kukunor gölündə həyata keçirilən sınaqlar zamanı əvvəllər qeyri-mümkün hesab edilən 100 km-dən çox məsafədən millimetr dəqiqliyi ilə bir neçə şəkil çəkilib.

103 vatt gücündə genişzolaqlı lazer kameranın əldə etdiyi məlumatlar real vaxt rejimində rəqəmsal emal ediləcək. Cihaz diametri 1,7 mm-ə qədər olan hissələri tez aşkarlayıb və məsafəni 15,6 mm dəqiqliklə təyin edib.

Görünmə səviyyəsi, linzalardan istifadə edən aparıcı kameralar və teleskoplarla görülə biləndən təxminən 100 dəfə yaxşı olub.

“Bu, təkcə peyki orbitdə görmək deyil, həm də onun seriya nömrələrini oxumaqdır. Gələcəkdə belə bir cihaz kosmosa yerləşdirilə və yerin aşağı orbitindən kiçik detalları, o cümlədən insan üzlərini ayırd edə bilər”, - məqalədə qeyd olunub.