Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

"iPhone" sahiblərinə xəbərdarlıq: Təhlükəsizlik üçün "Wi-Fi" parametrlərini dəyişin

17 fev 2025, 09:13
"iPhone" sahiblərinə xəbərdarlıq: Təhlükəsizlik üçün "Wi-Fi" parametrlərini dəyişin

ABŞ Milli Təhlükəsizlik Agentliyi "iPhone" və "iPad" istifadəçilərini "Wi-Fi" parametrlərini dəyişdirməyə çağırıb.

Bunun səbəbi həmin parametrlərdən fırıldaqçıların aktiv şəkildə istifadə etməsidir.

Liderxeber.az xəbər verir ki, bu barədə "PhoneArena" məlumat yayıb.

Məlumata görə, hakerlər ictimai yerlərdə öz avadanlıqlarını elə qururlar ki, istifadəçilərin qadjetləri ümumi "Wi-Fi" əvəzinə avtomatik olaraq onların şəbəkəsinə qoşulsun. Bu, haker şəbəkəyə rəsmi adlara oxşar ad verilməklə həyata keçirilir.

Saxta "Wi-Fi" nöqtəsinə qoşulduqdan sonra istifadəçilər saytlarda parol daxil edib bank hesablarına daxil ola, lakin şəbəkənin saxta olduğunu anlamaya bilərlər. Bütün bu məlumatlar dərhal fırıldaqçıların əlinə keçir.

Belə bir tələdən qaçmaq üçün "iPhone" və "iPad" sahibləri "Parametrlər" -> "Wi-Fi" bölməsinə daxil olub "Avtomatik qoşulma" bölməsində "Sorğu" və ya "Heç vaxt" seçimlərindən birini seçməlidirlər. Bu yolla, smartfon aktiv mobil giriş nöqtələrinə avtomatik qoşulmayacaq.

Bu tədbirlər istifadəçi məlumatlarını mümkün kiberhücumlardan qoruyacaq və məxfi məlumatların fırıldaqçıların əlinə keçməsinin qarşısını alacaq.