Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

"Apple" 18 illik özəlliyindən imtina edir

12 fev 2025, 10:24
"Apple" 18 illik özəlliyindən imtina edir

"Apple" şirkəti özünün ən ucuz smartfon modeli olacaq "iPhone SE 4"ü bu gün təqdim etməyə hazırlaşır.

Liderxeber.az NTV telekanalına istinadla xəbər verir ki, orta seqment özəlliklərinə malik smartfonun görünüşü internetə sızdırılıb.   Yeni telefonlarda "Home" düyməsi artıq olmayacaq. "Apple" sözügedən düyməni ilk dəfə 2007-ci ildə bazara çıxardığı "iPhone" modelində tətbiq etmişdi. 

2012-ci ildə çıxan "iPhone 5S" ilə birlikdə "Home" düyməsi "Touch ID" (barmaq izi sensoru) ilə təchiz edildi. Lakin "Apple" 2017-ci ildə təqdim edilən "iPhone X"da üztanıma sisteminə ("Face ID") keçərək "Home" düyməsini ləğv etdi.

Şirkət "iPhone SE" modelində  (2022-ci il) sonuncu dəfə olaraq "Touch ID" və "Home" düyməsinə yer verdi. Yeni "iPhone SE" modelində (2025-ci il) yalnız "Face ID" olacaq  və barmaq izi sensoru tətbiq edilməyəcək.  Bununla da şirkət "iPhone SE 4" modeli ilə 18 illik özəlliyindən imtina edir.