Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

Alimlər kvant kompüterlərində kainatın məhvini modelləşdirdilər

12 fev 2025, 12:14
Alimlər kvant kompüterlərində kainatın məhvini modelləşdirdilər

ABŞ-nin Ostin şəhərindəki Texas Universitetinin bir qrup alimi kvant hesablamaları sahəsində irəliləyişə nail olub.

Onlar ilk dəfə olaraq kvant kompüteri ilə kainatın məhvinə səbəb ola biləcək vakuum parçalanması prosesini modelləşdiriblər.

Oxu.Az-ın məlumatına görə, müvafiq tədqiqatın nəticələri "Nature Physics" elmi jurnalında dərc edilib.

Tədqiqatçılar qrupu metastabil vakuumun mümkün parçalanmasını öyrənmək üçün güclü 5.564 kubitlik (kvant kompüterində ən kiçik informasiya vahidi, bitin analoqu - red.) kvant sistemindən istifadə ediblər.

Kvant kompüteri kosmik vakuumun qeyri-sabit ola biləcəyini göstərən kvant sahə nəzəriyyəsinin əsas müddəalarından birini yoxlamağa imkan verib. Nəzəriyyəyə görə, müasir fizikada fundamental rol oynayan Hiqqs sahəsi qəflətən parçalanaraq həqiqi vakuum "qovuğu" yarada bilər. Bu "qovuq" fizika qanunlarını köklü şəkildə dəyişərək işıq sürəti ilə genişlənir.

Alimlər "D-Wave" texnologiyasından istifadə edərək kainatın sadələşdirilmiş modelini yaradıb və laboratoriya şəraitində belə "qovuq"ların əmələ gəlməsi prosesini müşahidə edə biliblər.

Lakin alimlər narahat olmamağa çağırıblar. Onların hesablamalarına görə, Hiqqs sahəsi hələ trilyonlarla il sabit qalacaq.

Alimlər ümid edirlər ki, simulyasiyaların gələcək miqyaslanması kosmologiya sahəsində əhəmiyyətli kəşflərə gətirib çıxaracaq, o cümlədən kainatın bir anda "çökə" biləcəyi fərziyyəsini yoxlamağa imkan verəcək.