Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır

12 fev 2025, 09:36
Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır

Ağ Ev rəhbəri Donald Tramp İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamentinin təşəbbüslərinə uyğun olaraq ABŞ hökumətinin işçiləri ilə bağlı sərəncam imzalayıb.

Liderxeber.az xəbər verir ki, sənədə əsasən ABŞ-nin dövlət departamentləri və agentliklərinin işçilərinin sayı əhəmiyyətli dərəcədə azaldılacaq.

Qeyd olunub ki, qurumlar federal xidməti tərk edən hər dörd işçinin yerinə yalnız bir əməkdaşı işə götürə biləcəklər. Eyni zamanda Trampın administrasiyası Dövlət Departamentinin xərclərini azaltmaq məqsədilə ölkənin dünya üzrə bir neçə konsulluğunu bağlaya bilər. Bu, Sakit okean adaları, Kanada və Meksikadakı, eləcə də Avropadakı, xüsusən Almaniya və Fransadakı konsulluqlara aiddir.

Bundan əvvəl ABŞ-nin dövlət qurumlarının əməkdaşlarına səkkiz maaşa bərabər təzminat və bəzi müavinətlərin səkkiz ay müddətində saxlanılması müqabilində istefa vermək təklif edilib.