Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

Türkiyə və Türkmənistan qaz tranziti ilə bağlı razılıq əldə edib

11 fev 2025, 12:08
Türkiyə və Türkmənistan qaz tranziti ilə bağlı razılıq əldə edib

Türkmənistan Türkiyənin "Bota" şirkəti ilə öz təbii qazının İran ərazisindən tranziti barədə razılığa gəlib.

Liderxeber.az "Neytral Türkmənistan" rəsmi qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı zamanı bildirib.

Qurbanqulu Berdiməhəmmədov söhbət zamanı elektroenergetika sahəsində qarşılıqlı əlaqələrin artırılması məqsədilə Türkmənistan Marı SES-dən İran sərhədinə qədər Marı-Məşhəd elektrik ötürücü xəttinin çəkilməsini təklif edib. Layihənin İran şirkətləri tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

O vurğulayıb ki, Türkmənistanla İran Asiya və Avropa, Xəzər dənizi və Fars körfəzi arasında əlverişli coğrafi mövqedə yerləşir ki, bu da iki ölkə üçün nəqliyyat-logistika sahəsində konstruktiv tərəfdaşlıq üçün yol açır.