Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

Kainatdakı ən böyük struktur aşkar olunub

10 fev 2025, 09:33
Kainatdakı ən böyük struktur aşkar olunub

Beynəlxalq astronomlar qrupu kainatda məlum olan ən böyük quruluşu - Kipu superqalaktikalar sistemini aşkar ediblər.

Bu quruluş, inklərin qədim yazı sisteminin şərəfinə adlandırılıb.

Liderxeber.az xəbər verir ki, tədqiqat "Astronomy and Astrophysics" (A&A) elmi jurnalında dərc olunub.

Kipu 1.3 milyard işıq ili uzunluğunda və təxminən 200 kvadrilyon Günəş kütləsi olan qalaktikaların qruplaşmalarından ibarət nəhəng bir quruluşdur. Bu quruluş qravitasiya ilə bir-birinə bağlanıb.

O, müşahidə olunan kainatdakı qalaktika qruplaşmalarının 45%-ni, qalaktikaların 30%-ni və maddənin 25%-ni özündə birləşdirir.

Superquruluş o qədər böyük kütləyə malikdir ki, ətraf məkana təsir edir, işığı əyir, kosmik mikrodalğalı fon şüalanmasını dəyişdirir.

Lakin belə nəhəng obyektlər belə əbədi deyil.

"Gələcəkdə bu superquruluşlar daha kiçik vahidlərə parçalanacaq, lakin hazırda onlar unikal fiziki obyektlərdir və xüsusi diqqətə layiqdirlər," - alimlər qeyd ediblər.