Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

ABŞ Çindən bağlamaların qəbulunu dayandırıb

05 fev 2025, 13:02
ABŞ Çindən bağlamaların qəbulunu dayandırıb

ABŞ-nin Poçt Xidməti Çindən bağlamaların qəbulunu dayandırıb.

Liderxeber.az SCMP-yə istinadən xəbər verir ki, Amerika poçtu dayandırmanın səbəbi barədə heç bir izahat verməyib.

Bununla belə, mənbənin məlumatına görə, Çindən məktub və banderolların qəbulu davam edir.

Bu addımın Pekinin Vaşinqtona qarşı tətbiq etdiyi rüsumlar ilə bağlı olub-olmadığı hələ aydın deyil. ABŞ Prezidenti Donald Tramp Çin mallarına gömrük rüsumları tətbiq etdikdən sonra Pekin də analoji addım atıb.

Xatırladaq ki, D.Tramp Kanada, Çin və Meksikadan gələn mallara tariflərin tətbiq edilməsi barədə icra fərmanı imzalayıb. Sənədə əsasən, Meksika və Kanadadan idxala 25% (Kanada enerji resurslarına 10%) rüsum tətbiq edilir, ancaq icrası 30 günlük dayandırılıb. Çin mallarına isə tətbiq edilən əlavə tarif 10% təşkil edəcək.

Çinin Dövlət Şurası cavabında 2025-ci il fevralın 10-dan etibarən ABŞ enerji resurslarının idxalına rüsumlar tətbiq edir. Neftə 10%, kömür və maye qaza isə 15% həcmində rüsum tətbiq ediləcək.